KAPİTAL BANK bütün təqaüdçülərə ENDİRİMLİ KREDİT təklif edir
Kapital Bank təqaüdçülər üçün endirimli nağd pul krediti təklif edir. Artıq istənilən kartla təqaüd alan şəxslər, nağd pul kreditini illik faiz dərəcəsi 20%-dən başlayan şərtlərlə əldə edə bilərlər. "AzerTaym.az" xəbər verir ki,aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər. Aksiya 30 noyabr 2018-ci il tarixədək keçirilir. Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az . Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 9 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.