NAXÇIVAN CƏBHƏSİNDƏ NƏ BAŞ VERİR? – “Sədərəkdə gərginlik var”

NAXÇIVAN CƏBHƏSİNDƏ NƏ BAŞ VERİR? – “Sədərəkdə gərginlik var”Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bir neçə gündür ki, yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə AzPolitika.info-ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi cəbhənin Sədərək rayonu istiqamətində bir neçə gündür davam edən gərginliklə bağlıdır. “Sədərək istiqamətində gərginlik, hər an açıq toqquşma ilə nəticələnə bilər. Ordumuz bu istiqamətdə təxribatlar törətməyə cəhd edən düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır”, deyə mənbə saytımıza bildirib.

Cəbhənin Sədərək istiqamətindəki gərginliyin səbəbi kimi Ermənistan ordusunun mövqe dəyişmək cəhdi göstərilir. Bu cəhdin qarşısı alınıb.
Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonu istiqamətində Ermənistanla sərhəddə hər hansı insident barədə məlumat yaymayıb.

Qeyd edək ki, son günlər cəbhə bölgəsində gərginlik yenidən artıb. Azərbaycan Ordusu düşmənin 3 uçan pilotsuz aparatını məhv etdiyi haqda məlumat yayıb.
Tərxis vaxtı çatmış müddətli hərbi qulluqçuların ehtiyyata buraxılmasının yubadılması isə, bir neçə gündür cəmiyyətdə müharibənin başlaya biləcəyi haqda söz-söhbətlərə rəvac verib.
(AzPolitika.info)






Fikirlər