“SƏDƏRƏK”İN SAHİBİNİ BİTİRİRLƏR – Yusif Qədimbəylinin vəhhabilərlə iş birliyi üzə çıxıb

“SƏDƏRƏK”İN SAHİBİNİ BİTİRİRLƏR – Yusif Qədimbəylinin vəhhabilərlə iş birliyi üzə çıxıb
“SƏDƏRƏK”İN SAHİBİNİ BİTİRİRLƏR – Yusif Qədimbəylinin vəhhabilərlə iş birliyi üzə çıxıb
















İş adamı kifayət qədər tanınmış, əslən Naxçıvandan olan bir müxalif siyasətçi ilə birlikdə təşkilat qurmaq istəyib

Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin başının üstünü qara buludlar alıb. Onun siyasi oyunlarda iştirak cəhdi və vəhhabilərlə rəhbərlik etdiyi ticarət mərkəzində geniş yer verməsi səlahiyyətli şəxslərin və qurumların diqqətindən yayınmayıb. Bununla bağlı müsavat.com-u məlumatlandıran mənbə deyib ki, Yusif Qədimbəyli iki aydan artıqdır ticarət mərkəzində də gözə dəymir:
“Nə o, nə də qardaşı Ənvər Qədimbəyli ”Sədərək”ə uzun müddətdir gəlmirlər. Hətta belə söz-söhbətlər də yaranıb ki, bu ticarət mərkəzi bağlana, yaxud başqa bir şəxsin idarəetməsinə verilə bilər.
Çünki Yusif Qədimbəyli son illərdə “Sədərək”dəki sahibkarlara qan uddurması sayəsində fantastik məbləğlərə sahiblənib və siyasi iddialara düşüb. O, kifayət qədər tanınmış, əslən Naxçıvandan olan bir müxalif siyasətçi ilə birlikdə təşkilat qurmaq istəyir. (Mənbə həmin siyasətçinin adını da çəkib. Sadəcə biz hələlik dəqiqləşdirmələr apardığımızdan həmin şəxsin adını açıqlamırıq-müəllif.) Bu siyasətçi təmsil olunduğu partiyadan məhz Yusif Qədimbəylinin tövsiyyəsi ilə istefa verib. İş adamı həmin siyasətçiyə hərəkat yaratmağı tapşırıb və bunun üçün yuxarıların razılığını aldığını bildirib. Həmin siyasətçi də Yusif Qədimbəylinin tapşırığı ilə özünə tərəfdarlar toplamağa başlayıb. Lakin az sonra bəlli olub ki, Qədimbəylinin siyasi fəaliyyətlə məşğul olmaq üçün yuxarılardan razılıq alması haqda deyilənlər doğru deyil, bu sadəcə özfəaliyyətdir”.


“SƏDƏRƏK”İN SAHİBİNİ BİTİRİRLƏR – Yusif Qədimbəylinin vəhhabilərlə iş birliyi üzə çıxıbMənbə qeyd edib ki, Y.Qədmibəyli milyardlara sahiblənib,
indi də 2015-ci ilin parlament seçkilərində deputat olmaq istəyir:
“Onun bu istiqamətdə gördüyü işlərdən hakimiyyət xəbər tutan kimi ona sərt xəbərdarlıq edilib. Ona bildiriblər ki, siyasi iddialara düşən sahibkarların aqibəti heç də yaxşı olmur. Amma Yusif Qədimbəyli burada hansısa qanunsuzluq olmadığını deyərək, de-fakto öz hərəkətlərinə haqq qazandırıb. Bundan sonra Qədimbəylilər hədəfə alınıb”.

Mənbə bildirib ki, ilkin araşdırmalar zamanı “Sədərək” bazarının sahibinin
vəhhabilərlə də iş birliyi üzə çıxıb:
“Hazırda Sədərık bazarı demək olar ki, vəhhabilərin nəzarətindədir. Təkcə yerli vəhhabilər deyil, Çeçenistandan, Dağıstandan olan radikal təmayüllü adamlar da burada biznes qurublar. Hələ bir neçə ay öncə deputat Hacı Qalib Salahzadə parlamentdəki çıxışında ”Sədərək” bazarının vəhhabi yuvasına çevrildiyini demişdi. Bu təsadüfi deyilən söz deyildi. Araşdırmalar zamanı bəlli olub ki, Yusif Qədimbəyli vəhhabilərə burada ideal şərait yaradıb, onlarla ciddi ilişkiləri var”.

Mənbə onu da deyib ki, Yusif Qədimbəylinin başı bu işlərə qarışdığından ticarət mərkəzində qanunsuzluqlar baş alıb gedir: “Yusif və Ənvər qardaşlarının əlaltıları ”Sədərək”dəki vəhhabilərə toxunmurlar, amma digər sahibkarlara, ticarətçilərə qan uddururlar, hər ay yer haqqını artırırlar, müxtəlif bəhanələrlə əlavə pul yığırlar”.

Mövzunu davam etdirəcəyik.

Qeyd: Bu iddialarla bağlı yazıda “Sədərək” rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.






Fikirlər