Mehman Hüseynov AZADLIĞA çıxır...

Hazırda həbsdə olan bloqer Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

"Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev azxeber.com-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: "Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

Əliməmməd Nuriyev onu da bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: "Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq".






Fikirlər