NAZİR YENİ İDARƏ RƏİSİ TƏYİN ETDİ - DİN-də kadr dəyişikliyi
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub. "AzerTaym.az" bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini – Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.