Prezident qanunu pozan hakimin səlahiyyətlərinə xitam verdi
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İ.M.Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam verib. “Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.