Paytaxt gəncləri elmi-praktik konfrans keçirdilər - FOTOLAR

Paytaxt gəncləri elmi-praktik konfrans keçirdilər

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ”Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. 

   AzerTaym.az" bildirir ki,paytaxt gənclərinin bütün zümrələrini əhatə edən gənclərin nümayəndələri, Bakı şəhər idarələrinin, bir sıra ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qonaqları və iştirakçıları salamlayaraq Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. 

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Ulu Öndər tərəfindən bünövrəsi qoyulan gənclər siyasətinin uğurlarından danışıb. Bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli liderin danılmaz əməyi, misilsiz xidmətləri var. 

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Daha sonra elmi-praktik konfransın müxtəlif mövzularda məruzələri dinlənilib. 
 
Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin II kurs tələbəsi Ayşən Bayramova konfrans iştirakçılarının bəyanatını oxuyub.  Konfransın sonunda tədbirdə çıxış edən və müxtəlif sahələr üzrə məruzələr hazırlamış digər gənclərin işlərinin kitab şəklində çap olunması qərara alınıb.

 



 






Fikirlər