XƏRÇƏNGDƏN ƏZİYYƏT ÇƏKƏN XANIM: “Qoy onlar bu əhvalatdan nəticə çıxarsınlar...”
Üç ilə yaxın idi ki, arıqlamaq üçün Herbalafe dərmanlarından istifadə edirdim. Birdən məndə narahatlıq – köp, gəyirmə, mədəmdə qıcqırma, yuxu pozuntusu, depressiya, dəridə qaşınmalar başladı. Həmin vaxtlar qəbzlikdən əziyyət çəkirdim, ele olurdu ki, 4 gün qəbz olurdum. Həkimə getdim, UZİ müayinəsindən keçdim. Ödümdə, mədəaltı vəzində və qaraciyərdə problemlər çıxdı. Həkim dərman yazdı, aldım. Amma, bağırsağımdan da şübhələnirdim deyə təkrar müayinəyə getdim. S-vari bağırsaqda şiş aşkarlandı. Onkologiyadan biopsiya cavabı gəldi: adenomakarsinom. Mən çox ağır vəziyyətə düşdüm; elə şiddətli ağrilarım olurdu, heç dayana bilmirdim, yata bilmirdim. Həkimin yazdığı müalicənin də köməyi dəymirdi. Onkoloqlar dedilər təcili əməliyyat olmasan şiş metastaz verəcək. 25 dekabr 2018-ci ildə müayinənin cavabını aldım və iki gündən sonra moderator.az saytında məqalə və müsahibələrini izlədiyim möcüzəli qüvvəyə malik, eımi-lədun bilicisi Dr. Paşa Yaqubun qəbuluna getdim.
Həmin vaxtlar mənim sinəmdə, qurşağımda və kürəyimdə çoxlu xirda dəhşətli səpgilər əmələ gəlmişdi. Həm ağrilar həm səpğilər məni yatmağa qoymurdu.
Paşa doktorun qəbulumda mən həqiqi möcüzə ilə rastlaşdım. 2-3 seans ərzində ağrılarım tam yoxa çıxdı. Amma, səpgilərim üçün həkimə müraciət etdim. Əvvəl müalicə həkimi, sonra dəri həkimi baxdı. Çox güclü dozada dərmanlar sistem şəklində venama vuruldu. Demək olar ki, heç bir xeyri olmadı. Sonra başqa bir dəri həkimi baxdı və başqa müalicə yazdı. Onları da aldım və başladım vurdurmağa. Bunların da heç bir cüzi də olsa xeyri dəymədi...
Onda mən seansa 5-6 gündən bir gedirdim və səpkim barədə Paşa doktora hələ heç nə deməmişdim. Növbəti seansda ona dedim dərdimi; açdı səpkilərə baxdı və inanın növbəti möcüzə baş verdi: Paşa doktorun bircə nəfəsi ilə sanki alova bənzər bir enerji bədənimdən keçdi. Məni incidən, gecələri yuxusuz qalmağıma səbəb olan dəhşətli dərəcədə qaşınan səpgilərin həmin gün demək olar ki, çox hissəsi yoxa çıxdı. Sinəmdəki səpkilərdəndən qurtuldum. İki gün ərzində isə, bədənimin digər hissələrində olan səpkilər solub yoxa çıxdı. Mən bunları gözümlə görməsəydim bəlkə də inanmazdım. Bundan sonra, aldığım saysız və bahalı dərmamları aptekə qaytardım. Ən maraqlısı, həmin səpgiləri görən həkimlərin mənə zəngi və təkrar çağırmaları oldu. Getmədim, çünki, onların yazdığı dərmanların mənə xeyri olmadı və onları daha vurdurmadım.
(aptekə qaytardığım dərman paketləri)
Digər maraqlı məqam, mənim qanımda çıxan lyambliya və digər çatışmazlıqların - hansı ki, seansdan əvvəl yoxlamışdılar - növbəti müayinədə yoxa çıxması oldu. Bir neçə seansdan sonra təkrar verdiyim qan analizində hər şeyin normal çıxması həkimləri təəccübləndirdi.
Onkoloqları heyrətləndirən digər məqam bağırsağımda dekabr ayında tapılan xərcəng şişinin üç aydan sonra 50 faizdən çox kiçilməsi və ətraf orqanlara keçməməsi oldu. Paşa doktorun möcüzəli seansları nəticəsində xərçən şişi üç ay ərzində çəkilib getmək üzrəydi.
Bəlkə də kənardan kimsə danışsaydı, bu söhbətə inanmazdım. Bunların hamısını mən özüm yaşamışam, şahid olmuşam. Paşa doktorun gücü sayəsində sağlamlığıma qovuşdum və dərmansız nüalicə olundum.
Onu da deyim ki, ilk dəfə seansa gedəndə ən ağır depressiyam, yuxusuzluq, iştahsızlığım vardı; dayanmadan ağlayirdim. Az müddətdə mən normal oldum; həyat eşqim qayıtdı, ruhum çox yüksəldi, depressiyadan əsər əlamət qalmadı. 5-6 kq çəkim artdı. Həyat eşqim, iş qabiliyyətim bərpa oldu.
Qaraçiyərimin üstündə ağrilar olurdu, onlar yoxa çıxdı. Təkrar müayinədə qaraciyərim normal çıxdı. Sonra müayinə üçün Türkiyəyə getdim, orada da onkoloq həkimlər təəccübləndilər ki, bu dörd ay ərzində necə olub ki, şiş böyüməyib, metastaz verməyib, əksinə, daha da kiçilib?
Paşa həkimin yanına getməmişdən əvvəl elə depressiyada idim ki, heç ümidim yox idi həyata qayıdam. Amma, seanslar davam etdikcə, mən nəinki depressiyadan çıxdım, həmin məndə tapılan şiş tamam yadımdan çıxdı; ağrilarım yox oldu və həyat eşqim yüksəkdi. Mən bunlara heç bir iynəsiz, dərmansız nail oldum. Bunları ancaq möcüzə adlandırmaq olar.
Bir neçə il əvvəl müayinə zamanı sinələrimdə düyün aşkarlanmışdı. Paşa doktor seansa başlayanda sinələrimdə güclü ağrılar oldu, sonra küçib getdi. Bugünlərdə təkrar müayinədən keçəndə həmin düyünlər çıxmadı.
Başımda güclü ağrılar olurdu, əsəb pozuntusundan həmişə əziyyət çəkmişəm. Seanslardan sonra mənə Allah elə bir səbr bıxş etdi ki, indi məni görənlər məəttəl qalır. İndi mən həyatda ən səbrli, sakit insan olmuşam.
Qızım autizmdən əziyyət çəkir, onun hərəkətlərini götürə bilmirdim, indi sakitliklə qarşılayıram. Əvvəllər əsəbləşib, onu vururdüm, incidirdim; indi əksinə, onu o qədər sevirəm, anlaqsız hərəkətləri daha məni əsəbləşdirmir. Əksinə, keçmişim mənə əzab verir, elə bil keçmişdəki başqa adam imiş.
Adətən xərçəng xəstəliyi aşkar ediləndən 4 ay müddətə surətlə ətrafa yayılır. Məndə aşkar ediləndən iki gün sonra seanslara başlamışam və şiş kiçilməyə başlayıb. Demək olar ki, yox olmaq üzrədir. Dörd aydan sonra Türkiyədə müayinə olunmuşam, heç bir yayılma yoxdur, əksinə, şiş kiçilib.
Türkiyədə onkoloq həkimlərə deyəndə ki, bu şiş dörd aydır məndə var, onlar əvvəlki MRT cavabına baxdılar, sonra yenidən özləri MRT etdilər, ölçü 50 faizdən çox kiçilmişdi. Dedim seanslara getmişəm, onun sayəsində kiçilib. Başıma gələnləri danışdıqca, Paşa doktorun elmi-lədun müalicə metoduna, onun nəticələrinə baxıb heyrətlənirdilər.
Lakin, bütün bunlara baxmayaraq, mən həyatımın ən böyük səhvini buraxdım: Türkiyədə həkimlər təklif edəndə ki, gəl bu az qalan şişi cərrahi yolla götürək, mən ailə üzvlərimin sözünə baxıb, əməliyyata razılıq verdim. Səhv etdiyimi əməliyyatdan sonra anladım və çox peşiman oldum. Əməliyyatdan sonra sanki, dörd ay əvvələ qayıtdım – bütün ağrı və depressiyalarım yenidən yarandı...
Türkiyədən gələndən sonra təkrar Paşa doktorun seanslarına getdim və bir neçə seansdan sonra özümə gəldim.
Mən həyatım üçün, bugünkü gündə yaşadığım üçün Paşa həkimə borcluyam. Onun möcüzəli əlləri məni həyata qaytardı.
Həmçinin, Moderator.az saytının rəhbrliyinə təşəkkür edirəm ki, onların sayəsində belə bir həkimin olduğunu bildim.
Söz ardı: Başıma gələnləri qələmə aldım ki, mənim kimi xərçəng xəstəliyindən əziyyət çəkənlər çoxdur; qoy onlar bu əhvalatdan nəticə çıxarsınlar və səhv etməsinlər.
Çiçək Qəzənfərqızı (Məmmədli),
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri