ÖZÜNÜ YANDIRAN APREL QAZİSİNİN BACISI DANIŞDI – “İstəmirik ki, qardaşımızın qanı yerdə qalsın!”
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Baş direktor Könül Ələkbərovun xəstəxanada yaratdığı özbaşınalıqlara dözə bilməyərək özünü yandıraraq ölən keçmiş hərbiçi, Lələtəpə döyüşlərinin iştirakçısı, idmançı, 29 yaşlı İmamverdi İsmayılovun bu gün 3 mərasimi keçirilib. Mərhumun bacısı Lamiyə İsmayılova sözlərinə görə,“qardaşı Aprel döyüşlərində 2016-cı ildə kəşfiyyatda manqa komandiri olub. Anası da onun o ağır döyüşlərdə iştirakı zamanı dözə bilməyib həyatdan köçüb. Onlar dinli-imanlı oğlan kimi ümidlərini qardaşlarına bağlayıblar . Aprel qazisinin bacısı Lamiyə İsmayılova “yeniavaz”ın müxbiri ilə söhbətində deyib:”O, özünü yandırıb getdi, bizi də yana-yana qoydu, balasından çox nigaran idi. Biz istəmirik ki, qardaşımızın qanı yerdə qalsın. İstəyirik ki, tədbir görülsün. Hal-hazırda qardaşımın uşağı xəstəxanadadır. Aidiyyatı qurumlar səsimizi eşitsinlər. Mingəçevir xəstəxanasındakı haqsızlığa, bu zülmə son qoyulsun. Canını vətəninə fəda etmiş bir qaziyə qarşı bu cür haqsızlıq baş verirsə, hansı vətənpərvərlikdən danışmaq olar?! Bizim dağımız yıxılıb, qardaşımızın aman-zaman oğlu 4 yaşında yetim qaldı. Çox xahiş edirik ki, bu məsələ obyektiv araşdırılsın və müqəssirlər layiq olduqları cəzanı alsınlar”. Bacılar bu işə ədalətlə baxılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirlər.