Yalçın Rzazadə zəhərlənib: “Vəziyyəti ağırdır”
Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib. Ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb. Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır. Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir. Xalq artisti özünə qarşı olan laqeyd münasibətdən gileylənib: “Məni məhv edən bu xəstəlik yox, şəxsimə qarşı olan diqqətsizlikdir. Mən bütün həyatımı Azərbaycan xalqına, musiqisinə, mədəniyyətinə xərcləmişəm. Hesab edirəm ki, buna qarşılıq da olmalıdır. Hazırda mən özümü kimsəsiz, heç kimə lazımsız sənətkar hesab edirəm. Çünki bir neçə gündür ordan-ora gedirəm. Cəmi bir neçə dostum gəlir. Mən diqqətdə olan sənətkar idim. Belə kimsəzilik, biganəlik... Allah mənə ömür versə, yaşasam, bundan sonra da şərəfli yaşamağa çalışacağam. Mən indi heç kimə lazım deyiləm”. Qeyd edək ki, bundan əvvəl Trend Yalçın Rzazadənin səhhətinin pisləşdiyini yazmışdı.