General-leytenant Etibar Mirzəyev yanğın baş verən ərazidə -FOTOLAR
Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb. “Qafqazinfo” xəbər verir ki, artıq hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Xatırladaq ki, yanğın baş verən ərazidə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası işləyir. Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevlə yanaşı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də hadisə yerindədir. İlkin məlumata görə, yanğının başlamasına səbəb elektrik naqillərində olan qısaqapanmadır.