Neftin qiyməti kəskin bahalaşdı

Neftin qiyməti kəskin bahalaşdı

Gözlənildiyi kimi neftin qiymətində kəskin bahalaşma var.

"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, "Brent" markalı neftin bir barreli gün ərzində ümumilikdə 8,38 dollar (13,92%) qalxaraq, 68,60 dollar olub.

"Azəri Light" markalı neftin bir barreli isə 7,61 dollar (13,87%) faiz bahalaşıb və 62,46 dollara təklif edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus 2 böyük neftayrıma zavoduna dron hücumu nəticəsində böyük yanğınlar başlayıb. Bu hücumdan sonra neftin bahalaşacağı gözlənilirdi.






Fikirlər