Hacı İbrahimin baş mühasibi axtarışa verildi - FOTO
"AzerTaym.az" lent.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Şahbuz rayonunda anadan olmuş Vaqif Bağırova Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Ölkədə olmadığını görə, onun qırmızı xətt üzrə axtarışına qərar verilib.
Anketdə qeyd edilib ki, V.Bağırov Azərbaycan dili ilə yanaşı, rus dilini də yaxşı bilir.
Qeyd edək ki, axtarışa verilmiş V.Bağırov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində baş mühasib vəzifəsində çalışıb. Daha sonra o, ölkəni tərk edib.Bir müddət əvvəl Azərbaycandakı bəzi KİV-lə əlaqə saxlayaraq H.İbrahimlə bağlı iddialar irəli sürən V.Bağırov Afrikada yaşadığını deyib.
Onu da qeyd edək ki, V.Bağırovun Bakıda tikilmiş binalarda vətəndaşlara satılmış mənzillərin digər şəxslərə satması iddia edilir.