Ege Hospitala yeni baş direktor təyin olundu
Doktor Samir Şükürov Ege Hospitalda baş direktor vəzifəsinə təyin edilib. Xəstəxanadan “AzerTaym.az"-a verilən məlumata görə, Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini bitirib. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil alıb. Doktor Samir Şükürov , Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizma Dərnəyinin –Fəxri üzvi, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin – həqiqi üzvidir. Xarici və yerli jurnallarda çap olunmuş bir çox məqalələrin müəllifidir. Qeyd edək ki, S.Şükürov –həkim endokrinoloqdur. Bu vəzifədən öncə HB Güvən klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra Baş həkimi vəzifəsində çalışmışdır. Hal hazırda Ege Hospitalda baş direktor vəzifəsini icra edir. Türkiyə və Azərbaycanın sayılıb seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi Ege Hospital hər zaman güclü, sağlam işçi heyəti, xəstə məmnuniyyəti, tibb texnalogiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və çox müəssisələrdən seçilib. Samir Şükürovun Ege Hospital komandasına daxil olması ilə xəstəxanamız daha böyük nailiyyətlərə imza atacaqdır. Baş direktor S.Şükürov bildirib ki, perspektiv planımız xəstəxanamızda Tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün bizə üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqımıza xidmət göstərməkdir.