Mikayıl Cabbarov 3 direktoru işdən çıxartdı
Zərdab rayonunda 3 orta məktəb direktoru və bir inspektor tutduğu vəzifədən kənarlaşdırılıb.
Bu barədə AzNews.az-a sözügedən rayondan məlumat verilib.
Məlumata görə, Zərdab rayon 1 saylı orta məktəbin direktoru Ağayev Tofiq, Şahsünlü kənd orta məktəbinin direktoru Tamam Xaspoladov, Dəkkəoba kənd orta məktəbinın direktoru Əlisafa Qədirov və inspektor Vahid Nuriyev vəzifəsindən uzaqlaşdırılıb.
Zərdab rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev AzNews.az-a məlumatı təsdiqləyib.
Bildirib ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə aprel ayında Şabran, Zərdab, Masallı və Cəlilabad rayonlarında yoxlama aparılıb: “Həmin yoxlamanın nəticəsi sentyabrın 15-də bizə ünvanlanıb. Buna görə, hər üç rayondan məktəb direktorları vəzifəsindən azad olub. O, cümlədən də Zərdab rayonundan üç məktəb direktoru və bir inspektor vəzifəsindən çıxarılıb”.