“Valideynlərə tapşırıq verilib ki, gəlib Məlahət İbrahimqızına səs versinlər" – Saxtakarlıq İDDİASI

 Deputatlığa namizəd Fərhad Mehdiyev 247 nömrəli məktəbdə yerləşən seçki məntəqəsində qanunsuzluqların olduğunu iddia edir.

Yeniavaz.com xəbər verir ki, Nəsimi rayon 21 saylı seçki dairəsindən deputatlığa namizəd Fərhad Mehdiyev 247 nömrəli məktəbdə yerləşən 12-13 saylı seçki məntəqələrində qanunsuzluq olduğunu deyir. Fərhad Mehdiyevin bildirir ki, həmin məntəqələrdə seçki qutuluları müşahidəçilərin görə bilmədiyi yerlərdə qoyulub. Bu səbəbdən seçki vaxtı edilən bir çox saxtakarlıqların rahat şəkildə müşahidəçilərin nəzərindən qaçması mümkündür. Həmin seçki məntəqəsi barədə ortaya atılan digər bir qanunsuzluq iddiası isə 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva haqqındadır.
Fərhad Mehdiyev qeyd edir ki, övladı həmin məktəbdə təhsil alan bir çox valideyn həmin ərazidə qeydiyyatda deyil, ancaq, həmin məktəbdə deputatlığa namizəd Məlahət İbrahimqızına səs verəcəklər:
"Bizə bildirilən məlumata görə, 247 nömrəli məktəbin direktoru müəllimləri və valideynləri seçkiyə səfərbər edib. Onun bütün günü bu işə sərf olunur, müxtəlif adamlarla görüşür. Orada valideyn və müəllimlərin çoxu başqa yerdə qeydiyyatda olan adamlar olmasına baxmayaraq tək-tək Məlahət İbrahimqızına səsverməyə çağırılıblar".
Mövzu ilə bağlı 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva ilə əlaqə saxladıq. O, həmin iddiaların yalan olduğu və bizimlə görüşüb ətralı məlumat vermək istədiyini bildirdi. Biz Nihal Hacıyevanın dəvətini nəzərə alıb həmin məktəbə getsək də direktoru yerində tapa bilmədik.


 

 






Fikirlər