Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə ÇATIB

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb

Aprelin 21-i səhərədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb, səhər saatlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Milli Hidrometeorologiya Xidmətindən  "AzerTaym.az"-a verilən məlumata görə, düşən yağıntının miqdarı Yardımlıda 3 mm, Göygöldə 2 mm, Şərur, Şəmkir, Lənkəran, Neft Daşlarında 0,6 mm olub.

Binə, Neft Daşları, Çilov adası, Xaçmaz, Cəfərxan, Biləsuvar, Astara, Lənkəran, Nabranda duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Qərb küləyi Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Xınalıqda 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron dəniz rayonunda 15-20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.






Fikirlər