NƏRİMANOVda aztəminatlı ailələrə ərzaq yardımı edildi

Nərimanovda aztəminatlı ailələrə ərzaq yardımı edildi- FOTOLAR

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə  ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması ilə bağlı tədbirlər davam etdirilir.

"AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki, aksiya çərçivəsində mayın 13-də Rayon İcra Hakimiyyəti tərəfindən növbəti dəfə xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin ailələrinə və əlil olmuş şəxslərə, karantin rejimi dövründə MKİS-lərin iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı  yaşlı vətəndaşlara, veteranlara 200 ərzaq yardımı paylanılmışdır. Ərzaq yardımı alan rayon sakinləri xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sakinlərlə görüş zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmışdır. Aksiyanın növbəti günlərdə də davam etməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Nərimanov rayonu ərazisində mütəmadi tədbirlər davam etdirilir. Belə ki, küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri,  girişləri, pilləkən qəfəsləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir. Bu işlər sistemli şəkildə rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.

Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin məşğulluğunun artırılması, işsizliyin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşrığına əsasən vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması istiqamətində Nərimanov rayonunda da bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, 1000-dən artıq sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə yaradılan ödənişli ictimai  iş yerləri ilə təmin olunmaq üçün Nərimanov rayon Məşğulluq Mərkəzinə müraciət etmiş, onlardan 575 nəfər işsiz vətəndş aylıq məvacibləri ödənilməklə ictimai işlərə cəlb olunmuşlar. İşə götürülmüş şəxslər əsasən rayon ərazisində mövsümi abadlıq, yaşıllaşdırma, ümumi təmizlik və dezinfeksiya işləri ilə məşğuldurlar. 

Nərimanovda aztəminatlı ailələrə ərzaq yardımı edildi- FOTOLARNərimanovda aztəminatlı ailələrə ərzaq yardımı edildi- FOTOLAR






Fikirlər