65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa BİTDİ...
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. “AzerTaym.az" qafqazinfo-ya istinadən bildirir ki, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.