NİZAMİ rayonunda dezinfeksiya işləri aparılıb...

Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nizami rayonunda ardıcıl tədbirlər həyata keçirilir.

Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a bildirilib ki,04 iyul 2020-ci il tarixində rayonun Q.Qarayev prospekti, Rüstəmov, Ş.Mirzəyev, B.Nuriyev, R.Teymurov, C.Naxçıvanski, Özbəkistan, Ə.Vəliyev, B.Çobanzadə küçələri, eyni zamanda Keşlə qəsəbəsinin bütün məhəllədaxili yolları və küçələri xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi məhlullarla yuyulub.

Bundan əlavə, rayon ərazisindəki parklar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, avtobus dayanacaqları, 43 məhəllə, 260 çoxmənzilli yaşayış binasının girişləri zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.

Qeyd edək ki, rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

 

 

 

 






Fikirlər