Təhsil naziri məktəblərlə bağlı qərar verdi: Dərslər onlayn olacaq
Xəbər verildiyi kimi, Türkiyənin Milli Təhsil naziri Ziya Səlcuq, yeni təhsil ilinin 31 avqustda məsafədən (onlayn) təhsil ilə açılacağını bildirib. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabından vətəndaşlara səslənib.
O, üz-üzə təhsilə isə 21 sentyabrdan etibarən mərhələli şəkildə keçiləcəyini qeyd edib.
O bildirib ki, koronavirusun gətirdiyi qaydalara əməl etmək lazımdır ki, təhsil ənənəvi qaydada bərpa edilə bilsin:
“Uşaqlarımız və gənclərimiz yoluxma azlasın deyə canlarını fəda edirlər. Bunu cavabsız, nəticəsiz qoymamalıyıq. Ehtiyat tədbirlərinə əməl etmək lazımdır ki, yoluxma halları azalsın, sentyabrın 21-də məktəblərdə üz-üzə, ənənəvi təhsil bərpa edilsin. Uşaqları daha təhlükəsiz şəraitlə təmin etməliyik. Valideynlərimiz də uşaqlarımız qədər həssas olmalıdır”. \\Cebhe.info