Ermənilər Azərbaycana məxsus dini abidəni MURDARLADI – FOTOLAR
Ermənistan hakim dairələrinin birbaşa göstərişi ilə Azərbaycanın maddi mədəniyyət nümunələrinə vandalizm aktları davam edir. "AzerTaym.az" bildirir ki, bu dəfəki vandalizm aktı işğal altındakı Xocavənd rayonunda yerləşən Ktişvəng monastırına qarşı olub. Eramızın VIII əsrində Alban hökmdarları tərəfindən inşa edilən monastır kompleks uzun illər boyu intensiv erməniləşdirmə siyasətinə məruz qalıb. Son illər isə Qarabağdakı qondarma rejim rəhbərliyi Yerevanın göstərişi ilə monastırı baxımsız buraxaraq, onun murdarlanmasına rəvac veriblər. Həmin vandalizm aktının sübutunu təqdim edirik. /Modern.az