Azərbaycanda bu gün YOLUXMA kəskin AZALDı,29 nəfər ÖLDÜ

Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü, yoluxma kəskin azaldı - Foto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3858  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  219 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188 280  nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 nəfərdir.

Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə  2 199 939 test aparılıb.

"AzerTaym.az"

 

Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü, yoluxma kəskin azaldı - Foto






Fikirlər