Azərbaycanda COVID-19-dan ölüm sayı birrəqəmliyə endi
Azərbaycanda koronavirusdan ölüm faktı aylar sonra ilk dəfə birrəqəmliyə enib. “AzerTaym.az" bildirir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında deyilir. Belə ki, bu gün ölkədə koronavirusdan 9 ölüm faktı qeydə alınıb. Bununla Azərbaycanda indiyədək bu virusdan ölənlərin sayı 3 053 nəfər təşkil edib.