“Qarabağ əlilini o həddə çatdıranlar ermənidir”

“Onu kim bu həddə qədər çatdırıbsa, o insanları qınayıram, lənətləyirəm”.
“Qarabağ əlilini o həddə çatdıranlar ermənidir”
Bunu açıqlamasında Qarabağ Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev bildirib. “Bu gün hadisənin məğzini öyrənməyə çalışacağam. Qarabağ əlilini o həddə çatdıranlar cəzalandırılmalıdır. Biz demokratik, sivil ölkədə yaşayırıqsa, belə hallara yol verilməməlidir. Ölkənin sahibi var, özbaşınalığın qarşısı alınmalıdır. Vətən uğrunda canını qoyanları o həddə çatdıranların ya ermənilərlə qohumluğu var, ya da kiminsə sifarişlərini yetirir. Tədbirlərlə əlaqədar olaraq əlaqə saxlaya bilmədim. Birinci müavinə tapşırıq vermişəm. Hardadır, kimdir öyrənsin, bu gün yəqin ki, özüm də baş çəkəcəyəm”.

Qeyd edək ki, dekabrın 25-də ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov üstünə benzin tökərək Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) binası qarşısında özünü yandırıb. İntihara cəhdin səbəbi kimi o, 2010-cu ildə məhkəmənin qərarı ilə əlindən AHİK-in xeyrinə alınmış torpaq sahəsi olduğunu deyib. Polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənov xəstəxanaya aparılıb. Hazırda intihara cəhdin səbəbləri araşdırılır.Modern.az






Fikirlər