Şahmar Mövsümov metronun açılmasından danışdı

Şahmar Mövsümov metronun açılmasından danışdı <b style="color:red"></b>

"Növbəti yumşalma zamanı metronun açılması gündəmə gələ bilər”.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib:

"İctimai nəqliyyatı biz ya tamamilə bağlamalı, ya da açmalıyıq. Metronun açılması hazırda aktivliyin artmasına gətirib çıxaracaq. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi.

Biz də buna nail olmuşuq. Metronun bağlanması burada xüsusi rol oynayır. Metro açıq olanda aktivlik daha çox olur. Metro açıq olanda daha çox insan daha çox məkanda bir-biri ilə təmasda olur və yoluxma artırdı”.






Fikirlər