Tapdıq Abbas seçkidən imtina etdi - İcra başçısına etiraz

 

"Əziz dostlar, 81 saylı Beyləqan seçki dairəsində yaranmış süni gərginliyin getdikcə artdığını, seçilərin dairədə seçkinin nəticəsini indidən şübhə altına almasını və seçkiyə inamsızlığını, yerli icra hakimiyyət orqanlarının bütün resursları namizədliyi YAP tərəfindən irəli sürülmüş, Beyləqan və beyləqanlılarla heç bir əlaqəsi olmayan İsmayılov Şahin Əmir oğlunun təbliğatına cəlb etdiyini nəzərə alıb, seçkidə iştirak etməkdən geri çəkilirəm!".  

"AzerTaym.az" Strateq.az - a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru və adıçəkilən dairə üzrə deputatlığa namizəd Tapdıq Abbas deyib.

O bildirib ki, belə qərarı verməsini dostları ilə müzakirə edib:

 "Bu qərarı təkbaşına deyil, seçicilərimin ziyalı kəsimi və yaxın dostlarımla geniş müzakirənin nəticəsi olaraq qəbul etmişəm!    Eyni zamanda, bu qərarı qəbul edərkən, 2000, 2005 və 2010 - cu illərdə parlament sekisində qalib gəldiyim halda, mandatın başqasına, YAP - ın namizədinə verilməsi təcrübəsini də göz önünə gətirmişəm!!! Odur ki, imzatoplama kampaniyasında iştirak etmiş bütün dostlarıma və imza vermiş seçicilərimə, hər kəsə təşəkkür edirəm! Güman edirəm ki, mənim bu qərarım anlayışla qarşılanacaq və kəskin tərəfdarım olan çoxminli beyləqamlıları ruhdan salmayacaq!".






Fikirlər