Pandemiyanın başa çatacağı tarix AÇIQLANDI...

Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir. Hətta günlük 80 mini keçən peyvəd vurulması imkanımız var və hazırda bunu edirik”.

HİT.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: “Əminəm ki, qeyri-adi hal baş verməsə bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”






Fikirlər