“Azərbaycan Ordusu Şuşanın kəndlərini ermənilərdən təmziləməlidir“ - Kəşfiyyatçı polkovnik

“Azərbaycan Ordusu Şuşanın kəndlərini ermənilərdən təmziləməlidir“  - Kəşfiyyatçı polkovnik

“Şuşa rayonunun irili-xırdalı 36 kəndindən Xankəndi yaxınlığındakı Malıbəylidən savayı, əsasən Turşsu qəsəbəsi, Salatınkənd, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ermənilər məskunlaşıb. Amma hərbçilərimizin yerləşdiyi Daşaltı kəndindən başqa,  qalan kəndlərimiz(Yuxarı və Aşağı, Quşçular, Şırlan, Zamanpəyəsi, Kosalar, Xəlfəli, Qayabalı, Fingə və s.) bomboşdur və öncə Azərbaycan əsgərinin, ardınca isə doğma sakinlərinin gəlişini gözləyirlər”. 

 "AzerTaym.az" bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa rayonunun Malıbəyli kəndindən didərgin, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov söyləyib.  

“Hesab edirəm ki, artıq həmin kəndlərə Azərbaycan ordusunun bölmələrini yerləşdirməyin vaxtı çoxdan çatıb. Əgər “sülhməramlı” adlanan Rusiya hərbçiləri artıq 9-cu aydır, Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi, Salatınkənd və Turşsu kəndlərindəki işğalçı erməni birləşmələrini çıxarmaq istəmirlərsə, bizim də adekvat olaraq sovet dövründə də heç bir erməninin yaşamadığı digər boş kəndlərimizdə qoşunlarımızı yerləşdirməyə haqqımız var...

Bəlkə də səhv edirəm. Amma sovet ordusunda da, Azərbaycan ordusunda da uzun illər xidmət və real döyüş, hərbi əməliyyat təcrübəsi olan biri kimi belə nəticəyə gəlirəm ki,  çox gecikirik. 9 ay xeyli müddətdir.  Bu müddət ərzində  Şuşanı daha çox hərbiləşdirmək lazım idi.  Şuşada market, otel tikdirməkdən öncə şəhərdəki sanatoriyanın 8 korpusunu  təmir etdirib Şuşaya 10 mindən artıq hərbçi yığmaq olardı. Polyaniçko həmişə deyərdi ki, Şuşa kimdədirsə, Qarabağ da onundur” - deyə kəşfiyyatçı polkovnik vurğulayıb. 

“Azərbaycan Ordusu Şuşanın kəndlərini ermənilərdən təmziləməlidir“  - Kəşfiyyatçı polkovnik






Fikirlər