TIR sürücülərinə 30 sutlka HƏBS - Məhkəmə qərarı
Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib. APA xəbər verir ki, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər üç sürücü inzibati qaydada 30 sutka həbs olunublar.