İyirmi il talanan-yağmalanan Elmi Bərpa Mərkəz - Korrupsiyanın Zərifə Məlikova "fenomen"i

Prezident İlham Əliyevin hökumətdə apardığı idarəetmə və kadr islahatları dövlət qurumlarının optimal fəaliyyətinə, büdcə vəsaətlərinin səmərəli xərclənməsinə ciddi təkan verməkdədir. Dövlət başçısının təşəbbüsü, iradəsi ilə aparılan islahatlar eyni zamanda dövlət qurumlarının fəaliyyətinin şəffaflığını təmin etməklə yanaşı, həm də vətəndaş cəmiyyətində dövlətə olan etibarlılığı, inamı daha da artırır.
 
Azərbaycanda struktur və kadr islahatları aparılan sahələrdən biri də Mədəniyyət nazirliyidir.Azərbaycanda struktur və kadr islahatları aparılan sahələrdən biri də Mədəniyyət nazirliyidir.
 
Anar Kərimovun Mədəniyyət naziri təyin edilməsindən bir il yarım vat keçməsinə baxmayaraq, Mədəniyyət nazirliyinin fəaliyyətində ciddi dönüş yaranıb. Müasir dünyagörüşlü, dünya mədəniyyət sahəsində baş verənlərdən xəbərdar olan, savadlı, vətənpərvər kadrların rəhbər vəzifələrə təyin edilməsi, nazirliyin tabeliyindəki müəssisələrin fəaliyyətininin müasir tələblərə uyğunlaşdırılması illərdir ölü sahəyə çevrilmiş Mədəniyyət nazirliyində ciddi dinamika yaradıb.Lakin nazirlikdə aparılan struktur, kadr dəyişikliklərindən yan keçən, Mədəniyyət nazirliyini bütünlüklə korrupsiya yuvasına çevirmiş Əbülfəs Qarayevin dönəmində olduğu kimi, hələ də "köhnə havada" olan müəssisə rəhbərləri də var.
 
AzFakt.com xəbər verir ki, fəaliyyəti qaranlıq olan, rüşvət və korrupsiya içində boğulan təşkilatlardan biri də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzidir.
 
İyirmi ildən artıqdır ki, bu Mərkəzə rəhbərlik edən Zərifə Məlikovanın buranı özəl obyekt kimi işlətdiyi deyilir.Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çoxsaylı "ölü canlar"ın olduğu deyilir.
 
İşə gəlməyən, daha doğrusu adları işdə gedən bu şəxslər əsasən texniki işçilərdir.
 
Bununla yanaşı, Mərkəzin "Elmi Tədqiqat", "Rəngkarlıq", "Qrafika", "Tətbiqi İncəsənət" şöbələrində də "ölü canlar"ın olduğu məlumatlar sırasında yer alır.
 
Elmi Bərpa Mərkəzində baş verən büdcə talama əməliyyatı əlbəttə ki, tək bununla bitmir. Mərkəzin keçirdiyi sərgilər, konfranslar və treninqlərdə də pullar silindiyi deyilir.Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində silinən hər bir manatın Mərkəzin direktoru Zərifə Məlikovanın diqqəti altında aparıldığı deyilir.
 
Məlumatda iyirmi ildən artıq Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru olan Zərifə Məlikovanın çoxsaylı daşınmaz əmlaklara sahib olması da yer alır.






Fikirlər