Şuşa-Xankəndi yolundakı rus sülhməramlısı: “Qarabağ Azərbaycanındır!” - ŞOK VİDEO...
Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların keçirdiyi etiraz aksiyası çərçivəsində əraziyə cəlb olunan rus sülhməramlısı ilə azərbaycanlı etirazçı arasında maraqlı dialoq yaşanıb. "AzerTaym.az" bildirir ki, görüntülər “Telegram”ın Azərbaycan seqmentində virala səbəb olub. Belə ki, sülhməramlı əsgərlə aksiya iştirakçısı arasında keçən qısa dialoq nəticəsində hərbçi azərbaycanlı etirazçının qulağına rusca “İnşallah, Qarabağ Azərbaycanın olacaq” deyib. Görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra həmin hərbçinin həyatı ilə bağlı bir sıra sosial şəbəkə istifadəçiləri öz narahatlıqlarını gizlətməyiblər. Həmin görüntüləri təqdim edirik: