Dumanlı hava şəraiti neçə gün davam edəcək? - AÇIQLAMA...

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti hökm sürür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir:

“Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb”

G.Məmmədovanın sözlərinə görə, gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb:

“Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.






Fikirlər