Xankəndi-Laçın yolunda fləşmob - FOTOLAR...
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir. Aksiya iştirakçıları Xankəndi-Laçın yolunda şamlarla “Stop ekoterror” yazıblar. Onlar yazının ətrafında bayraqlarla duraraq “Stop ekoterror” şüarını səsləndiriblər. /“Qafqazinfo”