Tualet problemini ictimailəşdirən müəllimədən ağlaya-ağlaya yeni VİDEO...
Sosial şəbəkədə işlədiyi məktəbdə olan tualet problemini ictimailəşdirən müəllimənin yeni videosu yayılıb. İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd Orta Məktəbinin müəllimi Leyla Nəcəfquliyeva müdafiəçilərinə müraciət edərək bildirib ki, onu həbs etmək istəyirlər. Leyla Nəcəfquliyeva bu üzdən onunla bağlı paylaşımlara ara verilməsini, müdafiə xarakterli çıxışların dayandırılmasını xahiş edib. Müəllimənin gözyaşları içərinsində paylaşdığı görüntülər sosial şəbəkələrdə qısa müddət ərzində sürətlə yayılıb və əsas müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, Leyla Nəcəfquliyeva məktəbdə tualet olmadığını deyərək şagirdləri tualet tikilənə qədər dərsə gəlməməyə çağırmışdı. Bunun ardınca L.Nəcəfquliyevaya töhmət verilmişdi. /Yenisabah.az Həmin müraciəti təqdim edirik: