Adil Qeybulladan xəbərdarlıq: “Mutasiya davam edir, ehtiyatlı olmalıyıq”

Qadağalar yenidən sərtləşdirilə bilər" - Adil Qeybulla Yeni Sabah

“Bu virus ölkəmizə də gələ bilər. Biz pandemiyadan nəticə çıxarmalıyıq”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında həkim professor Adil Qeybulla deyib.

 

Son dövrlərdə əhali arasında, o cümlədən məktəblərdə qrip və kəskin respirator virus infeksiyalarında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyaları (KRVİ) əsasən hava-damcı yolu ilə ötürülən və tənəffüs yollarının selikli qişasının iltihablaşması ilə xarakterizə olunur.

 

Məsələ ilə bağlı danışan A.Qeybulla əhalini pandemiyadan dərs çıxarmağa, lazımı tədbirlər görməyə çağırıb:

 

 “Son vaxtlar baş verən ağır respirator xəstəliklərin  əsasında müxtəlif amillər dayanır. Qrip, yuxarı tənəffüs yollarında parazitlik edən viruslar və s. hər il mövcud olan viruslardır. Nəzərə alaq ki, Covid-19 pandemiyası hələ bitməyib.  Mutasiya yenə davam edir. Ümumiyyətlə, Covid-19-un mutasiya variantları çoxluq təşkil edir.  Onun müəyyən əlamətlərini görürük. Daha sonra, Rusiyada və Ermənistanda donuz qripinin yayılması rəsmən elan olundu. Bu virus ölkəmizə də gələ bilər.  Bütün bunlar qarışıq mənzərə yaradır.

 

Biz pandemiyadan nəticə çıxarmalıyıq. Özümüzü və ailəmizi qorumaq üçün maska taxmalı, məsafə saxlamalıyıq. Əllərin təmizliyinə, dezinfeksiyasına diqqət yetirilməsi də vacib amillərdəndir. Daha sonra, insanlarla az kontaktda olamağa çalışmalıyıq. Nəticədə xəstəliklər daha az yayılar”.






Fikirlər