TALIBOVLARIN DAHA BİR "KASSASI" İŞDƏN UZAQLAŞDIRILDI - Həbsi də istisna deyil

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb.

APA-nın Naxçıvan bürosunun əldə etdiyi məlumata görə, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib.

Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.

 

 

"AzPolitika.info" xatırladır ki, bir neçə il öncə intim videoları ilə gündəmə gəlmiş Nicat Mahmudov Vasif Talıbovun oğlu Seymur Talıbovun "komandasının" ən aktiv üzvlərindən - "qara kassa"larından biri idi. S.Talıbov N.Mahmudovun əli ilə Sədərək gömrüyünü şəxsi obyekti kimi işlədirdi. Məhz bu gömrük vasitəsilə Naxçıvana və əks istiqamətə hər il dəyəri on milyonlarla dollarla ölçülən qaçaqmal əməliyyatları keçirilirdi. 

Bu səbəbdən N.Mahmudovun məsuliyyətə cəlb olunacağı da istisna deyil. 

 






Fikirlər