SON DƏQİQƏ! Ermənilər yenə təxribat törətdi - Ordumuzun mövqeləri atəşə tutuldu...

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.






Fikirlər