“LAÇIN”ın SAHİBİ İŞ OTAĞINDA ÖLDÜ- “MTN işi” ilə bağlılığı varmı?
Bu dəqiqələrdə AzPolitika.info-ya daxil olan məlumata görə, Bakının 8-ci kilometr qəsəbəsində, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Laçın” ticarət mərkəzinin sahibi Məsud Vəliyev iş otağında ürəktutmasında dünyasını dəyişib. Məlumata görə, hadisə təxminən 1 saat əvvəl baş verib. Sahibkar səhər işə gələrək, Ticarət Mərkəzini gəzib və iş otağına daxil olub. Bir qədər sonra dünyasını dəyişib. İlkin ehtimala görə, “Laçın” ticarət Mərkəzinin MTN-in sabiq rəhbərliyi ilə bağlılığı olub. Bu səbəbdən M.Vəliyevin son vaxtlar fikirli olduğu müşahidə olunurmuş. Hazırda Mərkəz boşaldılaraq bağlanıb.(Azərtaym.az)