TƏCİLİ! Ermənilərin iki snayperi MƏHV EDİLDİ ...
DSX-nin şəxsi heyətinə atəş açan Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. Musavat.com xəbər verir ki, bu barədə Caliber məlumat yayıb. Qeyd edilir ki, 15 iyun 2023-cü il tarixində cavab tədbirləri nəticəsində Laçın istiqamətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Əlavə məlumat veriləcək.