TƏCİLİ: ZƏNGİLAN İSTİQAMƏTİNDƏAĞIR DÖYÜŞLƏR GEDİR...
Hazırda Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir. "AzerTaym.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb. Ermənilər artilleriya qurğularından və zərbə PUA-larından istifadə edirlər. Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görürlər.