Əhəd Abıyevdən sonra: Yaşı 65-i keçən başçılar... - Maraqlı siyahı
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsənin icra başçısı vəzifəsindən azad edilib. Əhəd Abıyevin bu ilin yanvarında 65 yaşının tamam olması 65+ yaşda olan icra başçılarını gündəmə gətirib. Həmin icra başçılarının siyahısını təqdim edirik: Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 66 yaşı var. Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 76 yaşı var. Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 72 yaşı var. Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 71 yaşı var. Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 70 yaşı var. Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 70 yaşı varı var. Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 69 yaşı var. Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 69 yaşı var. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 69 yaşı var. Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 68 yaşı var. Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 67 yaşı var. Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 70 yaşı var. Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısıdır Rüstəm Xəlilov - 1958-ci ildə anadan olub, 65 yaşı var. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 70 yaşı var. Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov - 1958-ci ildə anadan olub, 65 yaşı var. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov - 1958-ci ildə anadan olub, 65 yaşı var. Axar.az