Daha bir Qarabağ Qazisi CANINA QƏSD EDİB... - FOTO
Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı intihara cəhd edib.
AzerTaym.az-ın gununsesi.info-ya istinadla xəbərinə görə, Tovuzun Azaflı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək intihara cəhd edib.
Yaxınları saytımıza bildirib ki, dizində dəmir protez olan qazi əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən imtina cavabı alıb. Onun şikayətlərinə isə laqeyid yanaşıldığından bu addımı atıb.
Yaxınları Amin Babayevin vəziyyətinin hazırda stabil olduğu bildirib.