Temperatur 50°C-ə qədər YÜKSƏLƏCƏK ...
Fransa Tədqiqat və İnkişaf İnstitutunun (IRD) iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimeux yaxın 30 ildə Fransada 50°C-ə qədər anormal yüksək temperaturun qeydə alına biləcəyini bildirib. Bu barədə France Info məlumat yayıb. Onun sözlərinə görə, bu cür göstəricilərin temperaturu 2050-ci ilə qədər ola bilər. Vimeux həmçinin qeyd edib ki, "yay mövsümü daha uzun olacaq və iyundan sentyabr ayına qədər istilik dalğaları" daha sıx və uzun sürəcək. O vurğulayıb ki, 2040-cı ilə qədər ölkənin cənub-şərqindəki Lionda anomal yüksək temperaturlu günlərin sayı 35-ə çatacaq, halbuki ötən əsrin sonunda bu rəqəm 10-u keçməyib.(News24.az)