Azərbaycanda vətəndaşlara 600 AZN pul verilməsinə başlanılıb – Kimlər alacaqlar? – VİDEO
Azərbaycanda 600 manat birdəfəlik müavinətlərin verilməsinə başlanılıb. Xəzər TV xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib ki, bu yardımlar Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra reallaşıb. Müavinətlər işğaldan azad olunmuş ərazilərdə məskunlaşaraq işləyənlər və işəgötürənlərə şamil edilir. Onlara aylıq vəzifə maaşlarına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. Vətəndaşlar artıq müaricət edərək 600 manat müavinəti almaq imkanına malikdirlər. Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.