Yağıntılı hava nə vaxt bitəcək?
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir. AzerTaym.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub. Bir çox rayonlarda duman müşahidə olunub, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.