Aygün Bəylərin dəfn yeri bilindi
Yanvarın 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin dəfni, güman ki, sabah olacaq. AzerTaym.az bildirir ki, bu barədə mərhum sənətçinin bacısı Zümrüd Hümmətova APA-ya açıqlamasında məlumat verib. O, cənazənin hələlik Bakıya gətirilmədiyi üçün dəfnin sabaha nəzərdə tutulduğunu bildirib. Bacısının sözlərinə görə, 48 yaşında dünyasını dəyişən Aygün Bəylər Suraxanı qəbiristanlığında dəfn ediləcək.