Röya ilə Aygünün MƏHKƏMƏ vaxtı bilindi
Əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib. Axşam.az xəbər verir ki, vəkil Vamiq Şükürovun APA-ya verdiyi məlumata görə, iddia ərizəsinə yanvarın 23-də Səbail rayon Məhkəməsində baxılacaq.
R. Ayxan A. Bəylərin “ARB” telekanalının “Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
R. Ayxan həmkarından 50 min manat təzminat və A. Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.