Məşhur məmurun oğlu ovda həlak oldu - FOTO
İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib. AzerTaym.az yenisabah.az-a isitnadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib. Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, Elşad Astanov göldə ov edərkən qayıq aşıb və o boğularaq ölüb. Qeyd edək ki, göldə boğulan gəncin atası Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin sabiq rəisi olub. İmişlidə kifayət qədər tanınan Şükür Astanovun sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu deyilir.