FHN təlim keçirdi - VİDEO

fhn-telim-kecirdi

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

FHN-dən AzerTaym.az-a verilən məlumata görə, təlimə qurumun Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. 

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə “baş vermiş” yanğını qısa müddətdə “söndürüb”, deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalmış “zərərçəkmişləri” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, habelə “cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verib” və qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

 








Fikirlər